Çin təqaüd proqramı elan edib

  28 Noyabr 2019    Oxunub : 999
Çin təqaüd proqramı elan edib
Çin 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu dekabrın 23-nə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Azvision.az

Teqlər: Çin