Pərviz Şahbazov Ekvatorial Qvineyaya gedib

Pərviz Şahbazov Ekvatorial Qvineyaya gedib
  27 Noyabr 2019    Oxunub:2106
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) tədbirlərində iştirak məqsədilə Ekvatorial Qvineyaya səfər edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 28-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyanın paytaxtı Malaboda Qaz İxrac edən Ölkələr Forumunun Nazirlər Görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.

Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Energetika  





Xəbər lenti