Bu il ölkədə 1880 avtomobil istehsal edilib

Bu il ölkədə 1880 avtomobil istehsal edilib
  26 Noyabr 2019    Oxunub:2016
Yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 10 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 10,8 faiz azalıb.

Həmçinin hesabat dövründə 899 traktor istehsal edilib.

Azvision.az



Teqlər: Statistika   Avtomobil   İstehsal  





Xəbər lenti