İpoteka kreditləri “ASAN ödəniş”lə də qəbul olunacaq

İpoteka kreditləri “ASAN ödəniş”lə də qəbul olunacaq
  25 Noyabr 2019    Oxunub:1989
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.azportalı və “ASAN Pay” mobil əlavəsi ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.

Xatırladaq ki, fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

Azvision.az


Teqlər: İpoteka  





Xəbər lenti