USAID aqrobiznes sektorunun inkişafına dəstək göstərəcək

USAID aqrobiznes sektorunun inkişafına dəstək göstərəcək
  25 Noyabr 2019    Oxunub:1536
"Azərbaycanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq etməkdən çox məmnunuq. Bu sahədə təcrübəmizi paylaşmaq üçün özəl sektorla da əməkdaşlığa hazırıq".
Azvision.az xəbər verir ki, bunu USAID-n Azərbaycan üzrə missiyasının direktor əvəzi Eileen Louless qida əlavələrinin təhlükəsizliyi üzrə keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin qida təhlükəsizliyi sahəsində effektiv və səmərəli bir sistem qurması alqışa layiqdir.

"USAID Azərbaycana digər sahələrdə də dəstək göstərib. Xüsusilə kənd təsərrüfatı, qida sənayesi və s. sahəsinin inkişafına dəstək göstərib. Azərbaycan hökumətinin müxtəlif qurumları ilə əməkdaşlıq edərək aqrobiznes sektorunun inkişafına dəstək verəcəyik. Bu sektora dəstək olaraq onların beynəlxalq səviyyədə standartlara uyğunlaşmasını və beynəlxalq ixrac sertifikatları əldə etməsinə kömək edəcəyik. Bu da öz-özlüyündə Azərbaycanda istehsalın keyfiyyətini artıracaq. Bu işlər müasir dünyada alıcıların marağına cavab verir".

E.Louless əlavə edib ki, qida təhlükəsizliyi insan sağlamlığı üçün çox vacib elementdir:

"Lakin son illərdə qida təhlükəsizliyi məsələləri daha çox aktuallaşıb. Qidaların istehsalı, emalı, saxlanması daha da mürəkkəbləşir. Sözsüz ki, onların istifadəsi ilə bağlı da müəyyən suallar yaranır. Düzdür, qidalarda duz və şəkər kimi əlavələr əsrlər boyu istifadə edilib. Lakin digər əlavələr hazırda qidaların daha uzun müddət saxlanılması üçün daha çox istifadə olunur. Əgər qida əlavələri texnoloji baxımdan düzgün istifadə olunursa, qida əlavələrinin istifadə olunması əsaslıdır. Bu, heç bir halda istehlakçıları aldatmamalı və təhlükəsizlik baxımdan qidanın tərkibini pozmamalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: USAİD  





Xəbər lenti