Zəhərlənərək ölən tələbə qızın FOTOSU

Zəhərlənərək ölən tələbə qızın   FOTOSU
  22 Noyabr 2019    Oxunub:9752
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Azvision.az -ın məlumatına görə, tələbələrdən Həmidə İbadova və Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır. Əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı olub və yayda onun toyu olacaqdı.



Qeyd edək ki, hazırda müalicə alan tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.

Azvision.az


Teqlər: Tələbə   Qız  





Xəbər lenti