Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasındadır

  20 Noyabr 2019    Oxunub : 1569
 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasındadır
Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb.
Bu barədə Böyük Britaniyanın İqtisadiyyat və Sülh İnstitutunun “Global Terrorism Index 2019” reytinqində deyilir. Azərbaycan bu reytinqdə 103-cü yerdə qərarlaşıb.

Terrorçuluq səviyyəsinə görə ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriya hesab olunub.

Qeyd olunub ki, terrorçuluq nəticəsində ölüm halları dörd il ardıcıl azalmaqdadır. Belə ki, 2018-ci ildə 103 ölkədə azı 1 terror aktı törədilib, 71 ölkədə isə ölüm qeydə alınıb.

Terrorçuluq səviyyəsinə görə ən təhlükəsiz ölkələr arasında Belarus, Rumıniya, Xorvatiya Kuba kimi ölkələr yer alıb. (Trend)

Azvision.az

Teqlər: Terror   Siyah   Reytinq