Ziyad Səmədzadə: “Aparılan islahatlar öz bəhrəsini verəcək”

  20 Noyabr 2019    Oxunub : 1930
 Ziyad Səmədzadə: “Aparılan islahatlar öz bəhrəsini verəcək”
Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar öz bəhrəsini verəcək.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Komitə sədri hesab edir ki, iqtisadi islahatların aparılması Azərbaycan iqtisadiyyatını yeni inkişaf mərhələsinə çatdıracaq:
“Hər bir vətəndaşın arzularının bu və ya digər dərəcədə nəzərə alınması ön plana çəkiləcək. İqtisadi islahatların davam etməsi, dərinləşməsi, onun keyfiyyətinin yüksəldilməsi prioritet vəzifə qoyulduğu üçün cənab Prezidentə minnətdaram. İslahatların dərinləşməsi prosesi obyektivdir. Bu gün İqtisadiyyat Nazirliyi kifayət qədər potensiala malik olan quruma çevrilib. Yeni hədəflər, yeni vəzifələr var. Bu vəzifələrə çatmaq, o hədəfləri keçmək üçün təşəbbüslər, yeni yanaşmalar olmalıdır. Fikrimcə, aparılan islahatlar öz bəhrəsini verəcək".

Z.Səmədzadə qeyd edib ki, ümumilikdə Azərbaycan iqtisadiyyatı tarazlı inkişaf etməlidir: "Regional inkişaf hər yanda olmalıdır. Paytaxtla region arasında müəyyən sahələrdə olan ciddi uyğunsuzluqlar aradan qaldırılmalıdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İslahat   Ziyad-Səmədzadə