Təhsil şöbələrinin müdirləri hesabat veriblər

Təhsil şöbələrinin müdirləri hesabat veriblər
  19 Noyabr 2019    Oxunub:2141
Noyabrın 19-da Goranboy rayonu Heydər Əliyev Mərkəzində Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayonlarının təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatlar barədə fikirlərini bildirib. O, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, prioritet fəaliyyət istiqamətlərindən söz açıb.

Sonra qeyd edilən rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Məhəbbət Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi məsələlərindən, təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən danışıb.

Təkliflər dinlənilib, suallar cavablandırılıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif olunublar.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti