KOBİA sahibkarlar və startaplar üçün təlim keçirəcək

KOBİA sahibkarlar və startaplar üçün təlim keçirəcək
  17 Noyabr 2019    Oxunub:2061
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən noyabrın 21-də “Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcək.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, məqsəd sahibkar və menecerlərin satış, marketinq və satışdan sonrakı xidmətlər barədə bilik və bacarıqlarının artırılması, bu istiqamətdə məlumatlandırılması, onlara məsləhət və informasiya dəstəyinin göstərilməsidir.

Təlimdə iştirak etmək istəyən startaplar, sahibkarlar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin [email protected] e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur. Tədbirdə iştirak ödənişsizdir.

Azvision.az



Teqlər: KOBİA   Təlim  





Xəbər lenti