Neftin qiyməti bahalaşıb

  16 Noyabr 2019    Oxunub : 710
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 63,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 57,72 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,86 dollar artaraq 68,70 dollar təşkil edib.

Azvision.az

Teqlər: Birja   Neft