“Bulvarda Novruz hazırlıqları davam edir”

“Bulvarda Novruz hazırlıqları davam edir”
  13 Mart 2013    Oxunub:1507
“Hər il olduğu kimi bu il də Dənizkənarı parkda Novruz bayramı üçün hazırlıqlar yüksək səviyyədə davam edir”
AzVision.az-a açıqlamasında bu sözləri Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. O, qeyd edib ki, bu il də əsas bayram şənliyi martın 19-da olacaq. “Bayram şənliyi səhər saatlarından gecə yarıya qədər Qız Qalasının qarşısından başlayaraq, Dənizkənarı bulvara - saat qülləsinə qədər davam edəcək. Orda da artıq hazırlıq işlərinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında səhnələr quraşdırılıb, məşqlər gedir. Ayın 19-da Bulvarda çox gözəl bayram proqramı olacaq”.

N.Məcidovun sözlərinə görə, konsert proqramında rayonların təmsilçiləri də iştirak edəcək.: “Belə ki, hər rayon özünün məmulatlarını nümayiş etdirəcək. Eləcə də Azərbaycanın mədəniyyət, incəsənətinə, folkloruna aid olan nə varsa, bura həm rəqs, muğam, meyxana həm də digər incilərin hər biri orada ifa ediləcək. Həm də bayram konserti olacaq”.

Bakı Bulvar İdarəsinin rəsmisi bulvarda səmənilərin quraşdırılacağını da bildirib. “Eləcə də bulvar ərazisində böyük səmənilər olacaq. Yaxın günlərdə səmənilər əraziyə gətiriləcək”-deyə, Nazim Məcidov qeyd edib.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti