Qəzetlərimiz nədən yazır?

Qəzetlərimiz nədən yazır?
  13 Mart 2013    Oxunub:1526
Ötən gün yerli mətbuat səhifələrində yer alan ən maraqlı xəbərləri sizə təqdim edirik :
Azadlıq

Gülər Əhmədova müstəntiqi görəndə səhhəti pisləşib

Martın 9-da vəkili Raqif Mustafayev keçmiş YAP-çı deputat Gülər Əhmədova ilə görüşüb. Vəkilin sözlərinə görə, G.Əhmədovanın vəziyyəti pisləşdiyi üçün müstəntiq onu dindirə bilməyib. Gülər Əhmədovanın səhhətinin kritik durumda olmasının səbəbi məlum olub. Eks-millət vəkilinin vəziyyətinin birdən-birə kəskinləşməsinə səbəb onun haqqında başdan -ayağa qondarma ittihamlar irəli sürən Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Qocayev Emzar Eldar oğlunu təkrar görməsi olub: “Gülər Əhmədova bu müstəntiqin yazdığı ittihamların birinci hərfindən sonuncu abzasına qədər yazılanların heç biriylə razı deyil, yazılanları uydurma hesab edir, ona görə də bütün bunları yazan həmin o müstəntiqi görən kimi təzyiqi, şəkəri birdən-birə çox yüksəyə qalxıb və özünü o qədər pis hiss edib ki, ondan nəsə soruşmaq belə mümkünsüz olub.”

Rövnəq Abdullayevə xaricdən korrupsiya ittihamı

Azərbaycan Dövlət Neft Şirkətinin keçən il Monteneqroda böyük istirahət mərkəzini kirayəyə götürməsi bu ölkədə müxalifət fəallarının narazılığına səbəb olmuşdu. Monteneqrodakı müxalifyönlü “Dəyişiklik Uğrunda Hərəkat”ın lideri Nebojsa Medojevic bunu Azadlıq Radiosunun Balkan xidmətinə müsahibəsində deyib. Monteneqro hökuməti mənzərəli Kumbor ərazisində 242 min kvadratmetr ərazini istirahət zonası yaratmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) icarəyə verməyə hazırlaşır. “ARDNŞ dünyada anti-korrupsiya tədbirlərinə qucaq açmayan şirkət kimi tanınır. Biz bilmirik ki, bu razılaşmanın Monteneqro iqtisadiyyatına nə təsiri olacaq? Əminik ki, bizim tərəfdən danışıqları aparan xarici işlər naziri bu razılaşma ilə bağlı bəzi korrupsiya hallarında iştirak edəcək. Buna görə də biz bu razılaşmanın həyata keçirilməsini diqqətlə izləyəcəyik. Parlamentdə də izləyəcəyik. Çünki bizim oxşar razılaşmalar ilə bağlı pis təcrübəmiz olub: alüminium zavodunda, enerji sektorunda və bütövlükdə ölkə iqtisadiyyatında”.

Elşad Abdullayev MTN-lə bağlı yeni video yaydı

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin yeni videoçəkiliş göndərib. Elşad Abdullayevin bu dəfə göndərdiyi videoda onun MTN əməkdaşı Rəsul Rəsulovla söhbəti əksini tapır. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. Söhbət zamanı E.Abdullayev qardaşı Mahir Abdullayevin geri qaytarılması və digər vədlərlə ondan pul almış şəxslərlə bağlı materailları və videodiskləri R.Rəsulova təqdim edir. Sonda isə R.Rəsulova E.Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir. E.Abdullayev videonu müşayiət edən arayışında qeyd edir ki, R.Rəsulov M.Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil İstintaq Komissiyasının üzvüdür.


Gündəlik Bakı

Yavər Camalovun qohumlarının qanunsuz ərazi zəbti

Nazirin bacısı oğlu Dövlət Yol Polisində (DYP) çalışır və Yavər Camalova məxsus bir sıra obyektləri işlədir. Halbuki bu yolverilməzdir və qanuna görə dövlət qulluqçusu və polis əməkdaşları biznes fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanun Yavər Camalova və qohumlarına işləmədiyi üçün nazirin təkcə Bakı və Bakı ətrafındakı kəndlərdə bir neçə villası var. Nəsimi rayonunun ərazisində yerləşən “Niaqara” restoranının ərazisini qanunsuz ələ keçirib. Biznes fəaliyyətini durmadan daha da genişləndirən Yavər Camalovun Rusiya və Türkiyədə də xeyli daşınmaz əmlakı var.

Gündəm Xəbər

Sevinc Babayeva Adil Əliyevin vəkili olub

Fəaliyyəti qadağan olunan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə sabiq millət vəkili Gülər Əhmədova arasında vasitəçilik edən Sevinc Babayevanın Azərbaycanın bir sıra tanınmış şəxsləri ilə yaxınlığı olması barədə mediada çox yazılıb. Bir müddət əvvəl mediada Sevinc Babayevanın millət vəkili Nizami Cəfərovla yaxın münasibətdə olduğu da yazılmışdı. Mərhum Sevinc Babayeva ilə bağlı daha bir məlumat üzə çıxıb. Belə ki, həmin məlumata görə, Sevinc Babayeva 2005-ci il parlament seçkiləri zamanı Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin qardaşı, deputatlığa namizəd Adil Əliyevin seçki qərargahına rəhbərlik edib. Adil Əliyevin seçki kampaniyasının təşkilatçılarından olan Sevinc Babayeva həmçinin, onun vəkili kimi seçki komissiyasında qeydiyyatdan da keçib. Adil Əliyevin özü isə Moderator.az-a açıqlamasında isə bunları deyib: “Sevinc Babayevanın 2005-ci ildə kimin vəkili olmasın araşdırmaqdansa, 2010-cu ildə kimin yanında olduğunu yazmaq lazımdır”.

Yeni Müsavat

İqtidarın dialoq təklifinə müxalifətdən cavab gəldi

“Bu il ərzində yenidən müxalifətlə dialoq aparılacaq”. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyib. Onun sözlərinə görə, il ərzində həm qeyri-hökumət təşkilatları, həm mətbuat orqanları, həm də siyasi partiyalarla dialoq həyata keçiriləcək. Bu arada YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da dialoqdan danışıb. O bildirib ki, hər partiya ilə ayrı-ayrılıqda dialoqa gedilmir. YAP rəhbərliyində təmsil olunan şəxsin dediklərinə münasibət bildirən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı dedi ki, dialoq məsələsi YAP rəhbərliyinə daxil olan şəxslər tərəfindən zaman-zaman gündəmə gətirilir, eyni zamanda Prezident Administrasiyasından da belə fikirlər səsləndirilir. Lakin hakimiyyətin real davranışlarında dialoq meylləri hiss olunmur və bu məsələlər adətən bəyanat olaraq qalır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, Xalq Cəbhəsinə belə bir təklif daxil olmayıb.

Vergilər Nazirliyinin işə qəbul imtahanında saxtakarlıq

Bir qrup gənc vergilər naziri Fazil Məmmədova qarşı ittihamla çıxış edib. Səbəb nazirliyin keçirdiyi imtahanlarda baş verən saxtakarlıq hallarıdır. Belə ki, Vergilər Nazirliyinə işə qəbul olunmaq üçün imtahan verən gənclərin 300 nəfərə yaxını nazirliyin komissiyası tərəfindən müxtəlif bəhanələrlə kəsilib. Belə ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olan Faiq Şahbazovun razılıq vermədiyi gənclər suallara necə cavab vermələrindən asılı olmayaraq ikinci mərhələni keçə bilməyiblər. Gənclər bununla razılaşmaq niyyətində deyillər və dövlət başçısı İlham Əliyevə, Prezident Administrasiyasına saysız şikayətlər göndəriblər. Bundan başqa, gənclər Prezident Administrasiyası və Vergilər Nazirliyinin qarşısında etiraz aksiyası və aclıq etməyə hazırlaşırlar. Vergilər Nazirliyi isə deyilənlərlə razılaşmır. Bildirilir ki, nəticəylə razılaşmayan Vergilər Nazirliyinə şikayət edə bilər və hər bir şikayət araşdırılaraq nəticəsi barədə namizədə yazılı cavab veriləcəkdir.

Unikal

Əli Kərimli Qərbdən küsdümü?

AXCP sədri Əli Kərimli İctimai Palatanın sessiyasında çıxışı zamanı sensasion açıqlama verib. O, üzünü demokratik qüvvələrə və xalqa tutaraq “beynəlxalq təşkilatlardan nicat gözləməyin!” deyib. Məsələ ilə bağlı Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev bildirdi ki: “Qərb təşkilatlarının, onların təmsilçilərinin Azərbaycandakı milli demokratik düşərgənin maraqlarını satan heç bir hərəkətini malalamaq fikrində deyil. Deməli, Ə. Kərimli də yavaş-yavaş başa düşür ki, Qərb milli demokratik düşərgənin maraqlarını satır!”. Millət vəkili Fazil Mustafanın bildirdiyinə görə: “Əli Kərimli elementar həqiqəti 20 ildən sonra başa düşsə də, yenə də səmimi danışmır”.


Zerkalo

То ли скорбь, то ли пиар

Когда Рамиль Сафаров был экстрадирован 31 августа 2012 года в Азербайджан, а далее и помилован президентом Азербайджана, то мнения даже в нашем обществе расходились далеко в разные стороны. Кто-то считал, что Сафаров – убийца с топором, который опозорил азербайджанский народ в Европе, кто-то считал, что он герой. Правительство Армении объявило о том, что намерено обеспечить обжалование в международных инстанциях решения Баку в отношении азербайджанского офицера Рамиля Сафарова. “Мы добьемся пересмотра дела об экстрадиции убийцы с топором”, – кричали заголовки армянской прессы. По мнению политолога Зардушта Ализаде, вопрос о том, подадут ли армяне в Европейский суд по правам человека, это больше пиар-кампания, чем реальное желание начать судебное разбирательство.



Teqlər:





Xəbər lenti