Neftin qiyməti bahalaşıb

  15 Noyabr 2019    Oxunub : 688
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar artaraq 62,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 56,98 dollar təşkil edib.

Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,41 ABŞ dolları artaraq 67,84 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft