Prezident tapşırıq verdi - Ləki-Qəbələ dəmir yolu yaya kimi hazır olacaq

  13 Noyabr 2019    Oxunub : 913
Prezident tapşırıq verdi - Ləki-Qəbələ dəmir yolu yaya kimi hazır olacaq
“Ləki-Qəbələ dəmir yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir”.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib. Onun sözlərinə görə, artıq torpaq işləri aparırlır:

“Yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir”.

Prezidentin dəmir yolunun nə vaxt hazır olacağı barədə sualına Cavid Qurbanov “bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq” deyə cavab verib.

Prezident İlham Əliyev dəmiryolunun yay mövsümünə qədər istifadəyə verilməsini tapşırıb: “Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Cavid-Qurbanov