Tezliklə Bakıda daha iki Dost Mərkəzi açılacaq

 Tezliklə Bakıda daha iki Dost Mərkəzi açılacaq
  13 Noyabr 2019    Oxunub:3420
“Tezliklə Xəzər və Pirallahı rayonlarını əhatə edən 2 saylı Dost Mərkəzi, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı Dost Mərkəzi istifadəyə veriləcək”

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Nazirin sözlərinə görə, gələn il 85 min ailənin, təqribən 360-370 insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır.

S.Babayev əlavə edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti