Gələn il Bakıya 4 yeni metro qatarı gətiriləcək

 Gələn il Bakıya 4 yeni metro qatarı gətiriləcək
  08 Noyabr 2019    Oxunub:3783
Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC ilə 3 illik müqavilə imzalanıb.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib. O bildirib ki, Azərbaycana hər il 20 vaqon, yaxud 4 qatar gətiriləcək:

“Bu istismar müddətini başa vuran vaqonların yeni vaqonlarla əvəzlənməsi ilə əlaqədardır. Müqavilə əsasında ilk qatar gələn ilin fevral ayında Bakıya gətiriləcək”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti