"Büdcədə bələdiyyələrə ayrılan vəsait artıb" - Arif Rəhimzadə

  07 Noyabr 2019    Oxunub : 784
"Büdcədə bələdiyyələrə ayrılan vəsait artıb" - Arif Rəhimzadə
“Gələn ilin büdcəsində bələdiyyələrə ayrılan vəsait artıb. Ölkəmizdə 1606 bələdiyyə var. Amma bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, yəni bələdiyyələrə eyni həcmdə vəsait verilir: “Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər”.


Azvision.az

Teqlər: Bələdiyyə