Çin təqaüd proqramı elan edir

  06 Noyabr 2019    Oxunub : 1404
Çin təqaüd proqramı elan edir
Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai sağlamlıq üzrə beynəlxalq magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, “Çinin mükəmməl gəncliyi sxemi - magistratura proqramı üzrə Çin Hökumətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək https://azvision.az/redirect.php?url=http://gradadmission.tsinghua.edu.cn/f/login elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

Azvision.az

Teqlər: Təhsil