“Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 481 milyon xərclənib

  05 Noyabr 2019    Oxunub : 846
“Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 481 milyon xərclənib
Cari ilin 9 ayı ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat xərcləri və 818 milyon dollardan artıq əsaslı xərclər çəkilib.
Azvision.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında məlumat verilir.

Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Apstrim” (6.7 faiz), “Petronas” (15,5 faiz), “LUKoyl” (10 faiz), NİKO (10 faiz faiz).

Azvision.az

Teqlər: Şahdəniz