Müəllim və valideynlərin müraciətləri dinləniləcək

Müəllim və valideynlərin müraciətləri dinləniləcək
  05 Noyabr 2019    Oxunub:2798
Noyabrın 8-də paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az -a verilən məlumata görə, 59 nömrəli məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Azvision.az



Teqlər: Müəllim   Təhsil   BŞTİ   Valideyn  





Xəbər lenti