“Nar” gənclərə fürsət yaratdı

  31 Oktyabr 2019    Oxunub : 744
“Nar” gənclərə fürsət yaratdı
Ölkənin ən gənc mobil operatoru “Nar”, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib.
Artıq ikinci ildir ki, "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim edib. 30-a yaxın şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub. Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınamağa imkan verən yay təcrübə proqramları olub.

Karyera yarmarkasının keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına töhfə verməkdir. Eyni zamanda, ölkənin aparıcı şirkətlərində çalışan İnsan Resursları mütəxəssisləri ilə ünsiyyət gənclərə düzgün karyera istiqaməti seçməkdə kömək edir.

Qeyd edək ki, oktyabrın 30-da keçirilmiş sərgini 1000-dən çox gənc ziyarət edib. Mobil operatorun həyata keçirdiyi digər layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

Azvision.az

Teqlər: Nar   Gənc