Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır

  28 Oktyabr 2019    Oxunub : 793
Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır
Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi yaradır.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Büdcə Məlumat İdarəetmə Sisteminin yaradılması ilə bağlı işlər növbəti mərhələyə qədəm qoyub. Bu məqsədlə nazirlik tərəfindən dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə “PricewaterhouseCoopers” (“PwC”) şirkəti əməkdaşlığa cəlb edilib.

Proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsi və bir sıra ölkələrdə oxşar sistemin tətbiqi ilə bağlı məlumatlar öyrənilərək “PwC” şirkəti tərəfindən büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlanıb, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən satınalma prosedurlarına başlanılıb və tender.gov.az saytında tender elanı yerləşdirilib.

Azvision.az

Teqlər: Maliyyə-Nazirliyi