Davudoğlu otelə arxa qapıdan girib
Aksiya iştirakçıları otelin binası qarşısına Türkiyə bayrağının üzərinə xətt çəkilmiş şəklin əks olunduğu çox sayda vərəq atıblar.
Daşnaksütyun Partiyasının gənclər qolunun nümayəndəsi Ruslan Barseqyan deyib ki, "Türkiyə XİN rəhbəri Ermənistan gənclərindən qorxur, buna görə də, o, arxa qapıdan içəri keçdi. Türkiyə "ermənilərin soyqırımı"nı tanımadıqca Ə.Davudoğlunun İrəvanda heç bir işi yoxdur."
Xatırladaq ki, bu gün Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin XİN rəhbərləri Şurasının 29-cu iclasında iştirak etmək üçün Ermənistana gəlib.
Teqlər: