Türkiyə-İran azad iqtisadi zonası yaradılır
Nazir müavini hazırda iki ölkənin azad ticarət zonası üzərində çalışdığını bildirib.
Bundan öncə isə Türkiyənin İqtisadi İnkişaf naziri Cövdət Yılmaz Türkiyə və İranın sözügedən iqtisadi layihəni həyata keçirmək istədiklərini bildirmişdi. Onun sözlərinə görə Ankara və Tehran arasında bütün sahələr üzrə yaxşı əlaqələr olsa da, iqtisadi münasibətlər inkişafda bir qədər geriləyir.
“Türkiyə və İran arasında iqtisadi münasibətlərdə potensialımızdan tam istifadə olunmur” – deyə nazir bildirib.
AzVision.az