Yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib

Yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib
  24 Oktyabr 2019    Oxunub:2095
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) yaradılmış xidmət pəncərələrində fəaliyyət göstərəcək əməkdaşlarla görüşlər keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşlər zamanı Nazirliyin Aparatının rəhbərinin müavini Elvin Paşayev əməkdaşlara xidmətin səmərəli, şəffaf, nəzakət, məsuliyyət və etik davranış qaydalarına riayət edilməklə aparılması barədə öz tövsiyələrini verib.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva “Etik davranış qaydaları” və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” mövzusunda nazirliyin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı Departamentinin İnformasiya sistemlərinin inkişafı bölməsinin baş mütəxəssisi Orxan Hüseynov tərəfindən isə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS)” mövzulsunda təlimlər keçirilib.

Azvision.az




Teqlər: KTN  





Xəbər lenti