Davutoğlu Sarkisyanla görüşəsi olmadı

Davutoğlu Sarkisyanla görüşəsi olmadı
  12 Dekabr 2013    Oxunub:1387
Əhməd Davutoğlu bu gün, dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Yerevana gedəcək.

Yerevana səfərə gedən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Ermənistan prezident Serj Sarkisyanla görüşməyəcək.

Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Aram Saqatelyan öz tvitter səhifəsində yazıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bu gün, dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Yerevana gedəcək.

Bir müddət əvvəl Davutoğlu Ermənistana səfərinin gündəmində nələr olacağının hələ dəqiq müəyyən edilmədiyini bildirsə də, Serj Sarkisyanla görüşəcəyini istisna etməmişdi.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti