Deputat: Bizi iy verən heyvan hesab edirlər

Deputat: Bizi iy verən heyvan hesab edirlər
  12 Dekabr 2013    Oxunub:1349
Erməni deputat: `Hökumət erməni cəmiyyətini iylənmiş heyvan və qul hesab edir`.
Ermənistan Parlamentində İrs Partiyası fraksiyasının lideri Zarui Postancanyan milli məclisdə 2014-cü ilin büdcə layihəsi barədə çıxışında belə deyib.

İrs Fraksiyanın büdcənin əleyhinə olduğunu deyən Pstancanyanın sözlərinə görə Ermənistan hökuməti oliqarxları daha da varlandıırmaq üçün gömrük və vergilər sahəsində, hər yerdə ikili standartlar tətbiq edir.

“Əziz həmvətənlər, indi deyəcəm sizə 2014-cü il layihəsində hökumət nəyi nəzərdə tutb. Sənədin mənası belədir: Oturun və səsinizi kəsin! Çünki siz adam deyilsiniz, siz iy verən heyvanlarsınınz, qulsunuz. Ölkənin və qulların gələcəyi bizi maraqlandırmır. Biz öz büdcəmizi sizin hesabınıza dolduracağıq, nə ölkənin gələcəyi, nə qullarlımızın taleyi nə də sizin ölkəni necə idarə etməklə bağlı fikirləriniz bizi heç də maraqlandırmır. Bax, bizim hökumətimiz bu cür düşünür”- deyə Z. Postancanyan bildirib.

Onun sözlərinə görə, hazırki hökuməti, eləcədə 2014-cü ilin büdcəsinə səs verəcək bütün deputatları qovmaq lazımdır. “Sizin bəzilərinizin yeri həbsxana kameralarıdır! 2014-cü ildə inqilaba hazır olun!”

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti