Azərbaycanlı milyonçunun Türkiyədə evi yandı - FOTO

Azərbaycanlı milyonçunun Türkiyədə evi yandı - FOTO
  12 Dekabr 2013    Oxunub:1200
Azərbaycanlı iş adamının İstanbulda 2 ay əvvəl aldığı mənzildə yanğın olub.
Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamının 2 mərtələbəli evi yanıb. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, yanğın İstanbulun Fatih küçəsində baş verib. İki mərtəbəli taxta evin damında səbəbi bilinməyən yanğın olub və yanğınsöndürənlər tərəfindən 30 dəqiqə ərzində söndürülüb.

Məlumata görə, mənzil boş olub və azərbaycanlı iş adamı həmin mənzili 2 ay əvvəl alıb. Lakin, həmin şəxsin adı açıqlanmır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti