Mərkəzi Bank 100 milyon manat cəlb edib

  21 Oktyabr 2019    Oxunub : 677
Mərkəzi Bank 100 milyon manat cəlb edib
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən Azvision.az -a verilən məlumata görə, oktyabrın 21-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 538 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib. Nəticədə hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

Azvision.az

Teqlər: Mərkəzi-Bank