Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlandı

 Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlandı
  19 Oktyabr 2019    Oxunub:3176
2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb.

Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkələr üzrə əcnəbi tələbələr sırasında ilk yeri Türkiyə tutur. Ötən tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türkiyəli tələbələrin sayı 2175 nəfər olub.
Bundan əlavə, Azərbaycanda təhsil alan əcnəbi tələbələr sırasında İran (809), Rusiya (635), Gürcüstan (591), İraq (420), Pakistan (196), Türkmənistan (178), Banqladeş (153), Çin (104), Nigeriya (91), Qazaxıstan (62), Suriya (60), Hindistan (58), Özbəkistan (45), İordaniya (37), Ukrayna (35), Şri Lanka (35), Fələstin (32), Əfqanıstan (28), ABŞ (26), Nepal (21), Yəmən (17), Koreya (17), Sudan (14) İsrail (14) və digər ölkələrin (151) vətəndaşları olub.

Avstriya, Baham Adaları, San-Tome və Prinsipi, Bolqarıstan, Çexiya, Çili, Ekvador, Eritreya, İsveçrə, Keniya, Kolumbiya, Lesoto Krallığı, Liberiya, Litva, Liviya, Malayziya, Mavriki, Mavritaniya, Mərakeş və Tailanddan olan tələbələr də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar.

Azvision.az



Teqlər: Tələbə   Təhsil   Əcnəbi  





Xəbər lenti