Neftin qiyməti ucuzlaşır

  18 Oktyabr 2019    Oxunub : 712
Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar geriləyərək 59,58 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 53,81 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar ucuzlaşaraq 63,29 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft