İnsanlar Marsda məskunlaşacaq - VİDEO

İnsanlar Marsda məskunlaşacaq - VİDEO
  11 Dekabr 2013    Oxunub:1131
Kolonistlər heç zaman Yer kürəsinə geri qayıda bilməyəcək.
Mars planetinin insanlar tərəfindən məskunlaşmasının nəzərdə tutan Mars One proqramında iştirak etmək üçün 200 mindən artıq insan müraciət edib. Layihənin təsisçisi və baş direktoru Bas Lensdorp 140 ölkədən 202 min 586 insanın Marsa uçmaq istədiyini bildirib. Yer kürəsini təkr etmək istəyən insanların böyük əksəriyyəti ABŞ vətəndaşlarıdır. Ümumilikdə, müraciətlərin 24% amerikalılar, 10% hindistanlılar və 6%-i çinli vətəndaşlara aiddir. İlin sonuna qədər təşkilatçılar 200 min könüllüdən ikinci tura keçəcək şəxsləri müəyyən edəcəklər. 2015-ci ilə qədər iştirakçılar hər birində 4 nəfər olmaqla 10 komandaya bölünəcəklər. Bundan sonrakı bir neçə il ərzində könüllülər xüsusi proqramlar vasitəsilə təlim keçərəcəklər. Sonda onlardan seçiləcək 4 nəfər şəxs Marsa ilk uç maq hüququ qazanacaqlar. Lakin qeyd etmək lazımdır ki, Marsa uçacaq şəxslər bir daha Yer kürəsinə qayıda bilməyəcəklər. Buna səbəb sadəcə olaraq belə bir texnologiya hələ icad olunmamasıdır.
İlk olaraq planda kolonistlərin 2023-cü ildə Marsa göndərilməsi nəzərdə tutulurdu. Lakin sonradan layihənin icrası 2025-ci ilə qədər təxirə salındı. Gözlənilir ki, ilk dörd şəxsin Marsa göndərilməsi 6 milyard dollara başa gələcək.
Bununla belə alimlər hesab edirlər ki, Marsda məskunlaşacaq ilk kolonistlər bir çox çətinliklərlə üzləşəcəklər. Onların məlumatına görə, Marsa qədər olan 360 günlük yol müddətində insanların alacağı radiasiya dozası bir kosmonavtın bütün ömrü boyu aldığı şüalanma miqdarı ilə eynidir.



Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti