Uruqvayda marixuana satışı qanuniləşdi

Uruqvayda marixuana satışı qanuniləşdi
  11 Dekabr 2013    Oxunub:6093
Ölkə vətəndaşları bundan sonra evlərində həşiş əkə biləcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Uruqvay dünyada marixuana satışını və istehsalını leqallaşdıran ilk ölkə kimi tarixə düşüb.
Ölkənin aşağı palatasının sonra Senatda da müvafiq qanunu təsdiqləyib. Qərarın lehinə 16, əleyhinə isə 13 nəfər senator çıxıb.

Yeni qanunla uruqvaylılar adam başına 6-dan çox olmayaraq həşiş kolu əkə bilərlər. Narkotik bitkinin becərilməsi zamanı dövlətin müəyyən etdiyi normalar pozularsa 20 aydan 10 ilə qədər həbs cəzası müəyyən olunub.

Bundan əlavə, 18 yaşa çatan bütün ölkə vətəndaşları xüsusi reyestrdə qeydiyyatdan keçərək ayda bir dəfə olmaqla apteklərdən 40 qrama qədər marixuana ala bilərlər. “Otun satışı” apreldən başlayacaq.

Qanunun qəbuluna qədər Uruqvayda marixuanadan istifadəyə icazə verilsə də, onun becərilməsi və satışı qadağa altında idi. Uruqvay hökuməti marixuananın ölkədə ən populyar narkotik vasitə olduğunu bildirib. Onun illik dövriyyəsi 30-40 milyon dollar arasına olub.
Bununla belə hökumət narkotik vasitələrdən istifadəni dəstəkləmədiklərini və bu “məhsulun” reklam olunması və təbliği ilə məşğul olanların cəzalandırılacaqlarını bildirib. Qanunun qəbulundan sonra mənfi hallar olarsa, onun ləğv olunması da nəzərdə tutulub.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti