Ermənistanın Davudoğluya təklif etdiyi gizli ŞƏRTLƏR

Ermənistanın Davudoğluya təklif etdiyi gizli ŞƏRTLƏR
  11 Dekabr 2013    Oxunub:1538
Ermənistan türk-erməni münasibətlərinin həlli üçün “yol xəritəsi” hazırlayıb.

“Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə iddia edir ki, Ermənistan türk-erməni münasibətlərinin nizama salınması üçün `yol xəritəsi` planı hazırlayıb və gizli kanallar vasitəsilə 10 gün ərzində şəxsən Əhməd Davudoğluna göndərib.

Erməni mətbuatı yazır ki, iki ölkə arasında “qonşularla sıfır problem” devizi ilə yürüdülməyə başlayan siyasət hazırda “qonşularla ciddi problemlər” səviyyəsinə çatıb: “Ərdoğan hökuməti beynəlxalq arenada öz imicinin qorunmasına çalışır və buna görə də Ermənistanın yol xəritəsi planının gizli şərtlərini ciddi şəkildə müzakirə etməyə etiraz etmədi”. Yuxarıda qeyd etdiyimiz mənbə `yol xəritəsi`nin konkret olaraq 3 təklifi ehtiva etdiyini göstərir. Gizli yolla Əhməd Davudoğluna ötürülən yol xəritəsinin konkret şərtləri aşağıdakılardır:

1. Türkiyə “Erməni soyqırımı” faktınıtanıyır, hadisədəki məsuliyyətini qəbul edir və dünya erməniləri qarşısında üzr istəyir.

2. Dərhal Ermənistan-Türkiyə sərhədlərini açır və diplomatik münasibətləri bərpa edir.

3. Bundan sonra Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində sülhməramlı təşəbbüslərlə çıxış edir və hərbi-ritorik, sərhədboyu insidentlərin, snayperlərin cəbhə xəttindən geri çəkilməsi və erməni və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasına dair ictimai proqramlarda iştirak etmək hüquq qazanır.

Çox güman ki, Yerevana səfəri zamanı Davudoğlunun erməni həmkarı Edvard Naldandyanla görüşdə Ankaranın Ermənistanın `yol xəritəsi` planı ilə bağlı rəsmi mövqeyini açıqlamaq imkanı olacaq” – deyə qəzet yazır.

AzVision.az


Teqlər:  





Xəbər lenti