Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

  17 Oktyabr 2019    Oxunub : 1447
Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq
Hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir. Təhsil kreditləri yalnız bu mexanizmlərdən biridir, yeganə dəstək mexanizmi deyil. Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, növbəti aylarda daha geniş məlumat veriləcək. 2020-ci ildən etibarən mərhələli şəkildə müəllimlərin sertifikasiyası məsələsinə başlanılacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsillə bağlı dəyişikliyə əsasən, məktəblərdə fəailiyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub. "Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən onun hansı prinsip və ardıcılıqla keçirilməsi, qiymətləndirilməsi və bir sıra məsələlər üzərində sənəd təsdiq edilməlidir. Bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil-Nazirliyi