Ukrayna müxalifətçiləri polisə qalib gəldi

Ukrayna müxalifətçiləri polisə qalib gəldi
  11 Dekabr 2013    Oxunub:1123
Ukrayna polisi və xüsusi təyinatlılarının Kiyev meriyasını azad etmək cəhdi uğursuz oldu.
Bu gün səhər saatlarından başlayaraq “Berkut” xüsusi təyinatlıları Kiyev şəhər meriyasının binasını müxalifətçilərdən azad etmək üçün hücum təşkil ediblər.

İki həftədir ki, şəhər binasını əlində saxlayan müxalifətçilər binanın ikinci mərtəbəsindən polisi və Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlı dəstələrinin üzərinə su töküblər.

Binanın giriş qapılarında başlayan toqquşmalar nəticəsində isə xeyli insan yaralanıb. Hüquq-mühafizə orqanları Müstəqillik meydanından irəliləyən kütlənin hücumuna məruz qalıb. Artıq “Berkutçuların” binadan uzaqlaşdırıldıqları bildirilir. Yenidən şəhər meriyasına daxil olan müxalifətçilər isə özlərini tibbi yardım və ərzaq ehtiyatı yığıblar.

Bu arada Ukrayna daxili işlər naziri Vitali Zaxarçenko Müstəqillik meydanındakı etirazçılara qarşı heç bir güc tətbiq edilməyəcəyinə təminat verib. Ötən gecə meydanda baş verən toqquşmaları isə Kiyevin mərkəzindəki bəzi küçələrin blokadadan çıxarmaq niyyətində olduqları ilə izah edib.

Ukraynanın baş naziri Nikolay Azarov , Avropa Birliyi ilə ölkə iqtisadiyyatına 20 milyard avro sərmayə qoyulmasını nəzərdə tutan layihəni müzakirə etdiklərini bildirib. Layihə “Avropa nəqliyyat dəhlizinin yenilənməsini və genişləndirilməsini, Qafqaza doğru nəqliyyat dəhlizinin açılması, Kerç boğazı üzərindən nəqliyyat keçidi və s.” nəzərdə tutur.

Xatırladaq ki, noyabrın 21-dən Ukraynanı bürüyən etiraz aksiyaları ölkənin Avropa Birliyi ilə Assosativ Saziş imzalanmasını tələb edir.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti