Beş rayonda qaz olmayacaq

Beş rayonda qaz olmayacaq
  17 Oktyabr 2019    Oxunub:1710
Bu gün “Qaz İxrac” İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, saat 09:00-dan 18:00-dək diametri 315 mm olan polietilen orta təzyiqli yeraltı qaz xəttində aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Ağsu rayonunun mərkəzinin bir hissəsi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti