Ölkədə 58 milyardlıq ÜDM istehsal olunub

Ölkədə 58 milyardlıq ÜDM istehsal olunub
  16 Oktyabr 2019    Oxunub:1516
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 58 464,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Azvision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 1,1% artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3%, sənayedə 2,5%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3%, digər xidmət sahələrində 2,2% artıb, tikintidə isə 5,6% azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 910,1 manata bərabər olub.


Teqlər: ÜDM  





Xəbər lenti