“Kapital Bank” üçüncü rübün nəticələrini elan edib

“Kapital Bank” üçüncü rübün nəticələrini elan edib
  16 Oktyabr 2019    Oxunub:1101
“Kapital Bank”ın aktivləri oktyabrın 1-nə 4 milyard manat, müştərilərə verilən kreditlərin həcmi isə 1,7 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 3,2 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 357 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edib.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Bank  





Xəbər lenti