Dünya yazarları Amerikaya qarşı çıxdı
BMT-yə ünvanlanan petisiyanı 81 ölkədən 562 müəllif imzalayıb. Onlar arasında 5 Nobel mükafatı laureatı – Orxan Pamuk, Hünter Qrass, Con Kutzee, Tumas Transtremer və Elfrida Elinek də var. Umberto Eko, İen MakYuen, Tom Stoppard və Mixail Şişkin kimi tanınmış yazarlar da imzaçılar sırasındadır.
Məktubda deyilir ki, “Son aylar hər kəsə internetdə kütləvi izləmənin miqyası aydın oldu. Nəzarət altında olan insan artıq müstəqil deyil, nəzarət altında olan cəmiyyət demokratik sayıla bilməz”.
Xatırladaq ki, 2013-cü ilin yayında Amerika Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Edvard Snouden internetdəki kütləvi nəzarət barədə məxfi sənədləri ictimaiyyətdə yayıb. Sənədlərdə “Apple”, “Facebook” və “Twitter” kimi kompaniyalardan onların istifadəçiləri barədə məlumatları əldə edildiyi qeyd olunur.
Vüqar İsmayılov
AzVision.az
Teqlər: