Aydın Süleymanlı olimpiya çempionatına hazırlaşır

Aydın Süleymanlı olimpiya çempionatına hazırlaşır
  15 Oktyabr 2019    Oxunub:3252
Şahmat üzrə dünya çempionu olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı bu yaxınlarda 16 yaşlılar arasında Türkiyədə keçiriləcək ümumdünya olimpiya çempionatında iştirak edəcək.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, son 4 ildə şahmat üzrə dünya çempionatında ölkəmizə qızıl medalı yalnız Aydın Süleymanlı qazandırıb.

Paytaxt məktəblisi Hindistanda 14 yaşlılar arasında keçirilən şahmat üzrə dünya çempionatında bütün rəqiblərini üstələyərək I yeri tutub. Ümumilikdə 11 oyunda iştirak edən məktəbli 9 xal toplayaraq dünya çempionu adına layiq görülüb. Aydın Süleymanlı diplom, qızıl medal və kubokla təltif olunub. Bu, məktəblinin ilk qələbəsi deyil. O, daha öncə beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa və dünya çempionu adını qazanıb. 2019-cu ildə isə “Beynəlxalq ustad” adına layiq görülüb.

Azvision.az



Teqlər: Şahmat   Aydın-Süleymanlı  





Xəbər lenti