Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilib - YENİLƏNİB

  15 Oktyabr 2019    Oxunub : 5025
 Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilib - YENİLƏNİB
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.
Azvision.az xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamladı.

Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış etdi. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini dedi.

Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış etdi.

Sonra dövlətimizin başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim etdi.

Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış etdilər.

Sonra növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alındı.

Daha sonra sənədlərin imzalanması mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurdu.

***

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir.
Azvision.az xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

***
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir.

Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edirlər.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.


Azvision.az

Teqlər: Türk-Şurası