54 min şagird məktəbini dəyişib

54 min şagird məktəbini dəyişib
  14 Oktyabr 2019    Oxunub:1931
Bu ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı, ümumilikdə, 54 830 müraciət daxil olub.

Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Qeyd edək ki, elektron yerdəyişmə prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən etibarən davam etdiriləcək.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti