Türkdilli ölkələr arasındakı əsas problemlər açıqlandı

Türkdilli ölkələr arasındakı əsas problemlər açıqlandı
  14 Oktyabr 2019    Oxunub:1857
Türkdilli ölkələr arasında ticarət dövriyyəsində gömrük əngəli aradan qaldırılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının prezidenti Rüfət Hisarcıklıoğlu deyib. Onun sözlərinə görə, Avropa Birliyi ölkələri necə gömrük rüsumunu sıfırlayıblarsa, Türkdilli ölkələr də gömrük əngəlini aradan qaldırmalıdır.

"Nazirlər və nazir müavinləri ölkələrinə investisiya qoyulmasını istəyir. Bunun olması üçün ortaq arbitraj mərkəzi yaradılmalıdır. Bu, çox vacibdir".

Hisarcıklıoğlu qeyd edib ki, ölkələr arasındakı ən böyük problemlərdən biri də gömrük keçidlərinin sürətləndirilməsi və standartların eyniləşdirilməsidir: "Xəzər dənizi kimi vacib keçid nöqtəsinin daha az maliyyə tutumlu və daha tez keçilməsini təmin etməliyik. Bunları edərkən Çin - Avropa arasında daşınmalarda bizim çoğrafiyanın önə çıxmasını təmin edə bilərik. Daha bir problem isə yük maşınlarının keçidində kvotanın olmasıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Gömrük   Ölkə  





Xəbər lenti