Daha 10 rayonda güzəştli şərtlərlə gübrə satılacaq

Daha 10 rayonda güzəştli şərtlərlə gübrə satılacaq
  14 Oktyabr 2019    Oxunub:1627
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Naziriliyində Azvision.az -a verilən məlumata görə mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Göyçay, Zərdab, Kürdəmir, Qusar, Xaçmaz, Şabran, Quba, Balakən, Qax və Şəkidə təşkil ediləcək.

Səyyar satışlar oktyabrın 15-də Göyçayın Qarabaqqal, Qusarın Yasaqoba, Şəkinin Bollu kəndində, oktyabrın 16-da Göyçayın Alpout, Qusarın Şirvanovka, Şəkinin Böyükdəhnə kəndində, oktyabrın 17-də Zərdabın Pərvanlı, Xaçmazın Dədəli, Balakənin İtitala kəndində, oktyabrın 18-də Zərdabın Qoruqbağı, Şabranın Uzun Boyad, Balakənin Kor tala kəndində, oktyabrın 19-da Kürdəmirin Köhünlü, Qubanın Hacı Hüseynli, Qaxın Zəyəm kəndində həyata keçiriləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini
təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Azvision.az


Teqlər: KTN   Gübrə   Satış  





Xəbər lenti