25 deputat istefa verdi

25 deputat istefa verdi
  11 Dekabr 2013    Oxunub:1130
İran Şura Məclisinin 25 nümayəndəsi əyalətlər üçün nəzərdə tutulmuş büdcəyə etiraz əlaməti olaraq istefa verib.
AzVision.az-ın Press TV- yə istinadən verdiyi xəbərə görə, İran Şura Məclisinin Lorestan əyalətindən seçilmiş 7 və Xuzestan əyalətindən seçilmiş 18 nümayəndəsi istefa verib.

Şura Məclisinin nümayəndələri əyalətləri üçün ayrılmış illik büdcənin azlığından şikayətlənib. Nümayəndələr öz etirazlarını Şura Məclisinin rəyasət heyətinə bildirib.

Amma İran Şura Məclisinin Rəyasət heyəti istefalarla bağlı müəyyən bir bildirişin təhvil alınmadığını bəyan edib.

S. Həsənova


Teqlər:





Xəbər lenti