Qaradağın 3 qəsəbəsində qaz olmayacaq

Qaradağın 3 qəsəbəsində qaz olmayacaq
  14 Oktyabr 2019    Oxunub:1535
Bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, bu zaman “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti