Azərbaycan üç ölkəyə fındıq ixrac edəcək

Azərbaycan üç ölkəyə fındıq ixrac edəcək
  12 Oktyabr 2019    Oxunub:1682
Azərbaycan Litva, İtaliya və Bolqarıstana fındıq ixrac edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində təşkil olunan “Anuga 2019” beynəlxalq ərzaq sərgisi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

Fındıq istehsalı ilə məşğul olan Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb, İtaliyada fəaliyyət göstərən distribüterlə 22 ton, Bolqarıstandan olan şirkətlə isə 10 ton fındıq məhsulun ixracına dair ilkin razılıq əldə edib.

Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkəti 20 ton qənnadı məmulatının, “Baku Konserv” və “Babək Sirab” şirkətləri məhsullarının ixracına dair ilkin razılığa gəliblər.

Azvision.az



Teqlər: İqtisadiyyatNazirliyi   Fındıq  





Xəbər lenti