ABŞ dövlət katibinin köməkçisi Kiyevdə
Yeri gəlmişkən, Ukraynanın keçmiş prezidentləri dekabrın 11-də hakimiyyətlə müxalifətin dəyirmi masasının keçiriləcəyini istisna etmirlər. Ukrayna KİV-ləri bildirir ki, bu haqda ölkənin ilk prezidenti Leonid Kravçuk məlumat verib. Onun sözlərinə görə, sabahkı tədbirdə indiki prezident Viktor Yanukoviç, üç keçmiş dövlət başçısı, hakimiyyət nümayəndələri və müxalifətin iştirakı gözlənilir: “Əgər bütün tərəflərlə razılığa gələ bilsək, onda sabah dəyirmi masanın açılışını edə bilərik”.
Kravçukun dediyinə görə, müxalifət liderləri də bu danışıqlara dəvət olunublar: “Müxalifət nümayəndələrinin ümummilli dəyirmi masaya dəvət olunması qərara alınıb. Gəlib-gəlməyəcəkləri onların artıq öz problemidir, biz onları dəvət etmişik. Onlar dəyirmi masanın iştirakçısı kimi öz mövqelərini söyləmək imkanı əldə edəcəklər”.
Teqlər: